Bağdadda törədilən terror hadisəsi nəticəsində 13 nəfər həlak olub, 44 nəfər yaralanıb.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisələr paytaxtın Yusufiye, Muşahide, Zağfaraniye və Vezaretul Dahiliye bölgələrində bomba yüklü maşınların eyni zamanda partlaması nəticəsində baş verib.
Partlayışların məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib və hələ ki, İraq rəsmi dairələrindən məsələ ilə bağlı açıqlama verilməyib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.