İsrail polisi Qüdsdə baş verən davada iştirakda şübhəli bilinən 13-ü uşaq olmaqla 22 nəfəri saxlayıb.
Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı İsrail polisindən verilən yazılı açıqlamada qeyd olunur.
Məlumatlara əsasən Qüdsdə saxlanılan daha 5 uşağın yəhudi əsilli vətəndaşların evlərinə molotov kokteyli atdığı qeyd edilir.
Bundan əlavə polis İsrail ordusu tərəfindən Qərbi İordaniyada axtarılan 10 fələstinlinin də həbs edildiyi bildirilir.
Yayılan xəbərlərə görə, İsrail polisi 2 ay içərisində Şərqi Qüdsdə 600 fələstinlini həbs edib.
Fələstin Əsirlər Cəmiyyəti İsrail həbsxanalarında təxminən 7 mindən artıq fələstinli məhbusun olduğunu açıqlayıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.