16 Sentyabr 2014 15:37
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamenti Avropa İttifaqı ilə Assosiasiya sazişinin ratifikasiyasına hazırlaşır, lakin sənədin azad ticarət barədə hissəsinin tətbiqi Rusiyanın təzyiqinin nəticəsində 2016-ci ilədək təxirə salınıb.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Avropa Parlamenti ilə Ali Radada sənədin təsdiqlənməsi üzrə səsvermə sinxron şəkildə Bakı vaxtı ilə saat 15-də keçiriləcək.

Sazişin təsdiqlənməsi Ukraynanın şərqindəki həssas atəşkəsə təsadüf edir.

Xatırladaq ki, ötən il prezident Viktor Yanukoviçin Assosiasiya sazişini imzalamaqdan imtinası hakimiyyət dəyişməsilə nəticələnən kütləvi etirazlara təkan verib.

Samir


Müəllif: