16 Sentyabr 2014 16:19
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Ukrayna ilə Assosiasiya Sazişini ratifikasiya edib.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, sənədin leyhinə 535, əleyhinə isə 137 səs verilib. Saziş həmçinin Ukrayna parlamenti tərəfindən də təsdiqlənib.

Avropa Parlamentinin sədri Martin Schulz və Ukrayna prezidenti Petro Poroşenko sənədin ratifakasiyasını "tarixi gün" adlandırıblar.

Xatırladaq ki, müqavilənin azad ticarət barədə hissəsi Rusiya təzyiqinin nəticəsində 2016-cı ilədək təxirə salınıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər