9 Oktyabr 00:13

İsveç Kralı daxili yerdəyişmə nəticəsində beş nəvəsini kral evinin üzvləri sırasından xaric edib.

Teleqraf.com xəbər verir ki, şahzadə Aleksandr, şahzadə Qabriyel, şahzadə Leonor, şahzadə Nikolas və şahzadə Adriyenna daha əlahəzrət sayılmayacaqlar və rəsmi vəzifələr icra etməyəcəklər.

Bununla belə, onlar hersoq və hersoginya titullarını saxlayacaqlar. Kral XVI Karl Qustavın adından açıqlanmış qısa bəyanatda deyilir ki, dəyişikliklər barədə qərar kral ailəsinin hansı üzvlərinin rəsmi vəzifələr icra edəcəklərini dəqiq göstərmək üçün razılaşdırılıb. Qeyd edək ki, şahzadə Estel və şahzadə Oskar vəliəhd şahzadə Viktoriyanın və şahzadə Daniilin övladları olduqları üçün öz kral titullarını saxlayıblar.


Müəllif: Teleqraf.com