9 Oktyabr 2019 10:01
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ordusu Türkiyə-Suriya sərhədini Azad Suriya Ordusu (ASO) ilə birlikdə qısa müddətə keçəcək.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rabitə əlaqələri rəhbəri Fəxrəddin Altun gecə saatlarında özünün Tvitter səhifəsində yazıb.

Fəxrəddin Altun bildirib ki, YPG yaraqlılarının iki seçimi var: “Ya dərhal mövqelərini dəyişə bilərlər, ya da İŞİD-lə mübarizə cəhdlərimizə maneə törətmələrinə ngəl olacağıq”.

Fəxrəddin Altun paylaşımının altında “Vaşinqton Post” qəzeti üçün yazdığı məqalənin linkini də paylaşıb.

Həmin məqalədə beynəlxalq aləmin Türkiyənin Suriyanın şimal-şərqi ilə bağlı ortaya qoyduğu plana dəstək verməsinin vacibliyi əsaslandırılıb.


Müəllif: Cavad