9 Oktyabr 2019 11:32
2 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusunun Həmzə dviziyası Türkiyəyə doğru hərəkət edir. Ceylanpinarda mövqe tutacaq Həmzə diviziyasının 14 min əsgəri Fərat çayının şərq hissəsində Türkiyənin keçirəcəyi hərbiəməliyyatda aktiv rol alacaq.

Teleqraf.com xəbər verir ki, ağır silahlarla təchiz edilən Həmzə dviziyasının xüsusi qüvvələri avtobus və hərbi ləvazimatla dolu yük avtomobilləri ilə Şanlıurfaya yaxınlaşır.

Qeyd edək ki, indiyə qədər Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlarda Azad Suriya Ordusu öndə hərəkət edib.


Müəllif: Cavad