9 Oktyabr 2019 11:53
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyanın şərqində böyük bir hərəkat üçün son hazırlıqları görür.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Amerikanın da bölgədən çəkilmək qərarı verməsi ilə terror təşkilatı YPG/PKK-çılar tərəfindən qazılan səngərlərin və yaradılan mövqelərin boş qaldığı görünür.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şərqində özünə yuva quran terror təşkilatı PKK-nın Suriya qanadı olan YPG-ni bölgədən təmizləməkdə qərarlıdır:

“Türkiyə Silahlı Qüvvələri artıq sadəcə “atəş” əmrini gözləyir. Menbiçdəki səngərlərdə və mövqelərdə terrorçuların olmadığı görünür. Həmin mövqelər YPG/PKK-çı terrorçular tərəfindən 3 il öncə İŞİD-dən alınmışdı. Suriyanın Hələb şəhərinə bağlı olan Kobaninin Zor Mağar kəndindəki mövqelər və postlarda da terrorçuların olmadığı məlum olub”.

O da bildirilir ki, sözügedən səngər və mövqelər ABŞ-ın bölgədə olduğu vaxtlarda yaradılıb.

Türkiyə mediası boş qalan mövqelərin son durumunun fotolarını da yayıb.


Müəllif: Səxavət