9 Oktyabr 2019 13:22
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azad Suriya Ordusu (ASO) hərbi əməliyyatlara başlayan Türkiyə Silahlı Qüvvələrinə dəstək verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ASO-nun yaydığı açıqlamada bildirilib.

ASO sözçüsü Yusif Hammudun adından yayılan açıqlamada Bəşər Əsəd rejiminə qarşı döyüşən silahları müxaliflərin türk ordusunun əməliyyatlarına 14 min hərbi qüvvə ilə qatılacağı vurğulanıb.

Hammud ehtiyac olacağı təqdirdə əlavə hərbi birliklərin əməliyyatlara cəlb olunacağını deyib.

Xəbərdə 14 minlik ASO-nun Raqqa, Haseke və Menbiç mövqelərində yer alacağı bildirilib.

Artıq silahlı müxaliflər Türkiyə-Suriya sərhədlərindəki mövqelərini tutmağa başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu