9 Oktyabr 2019 13:30
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Sincan-Uyğur bölgəsində uyğur türklərinə qarşı təzyiq və şiddətdə iştirk etdiyi səbəbindən Çinin 28 şirkətini qara siyahıya salıb.

Teleqraf.com xəbər verir ki, rəsmi Pekin ABŞ-ın bu addımını sərt şəkildə qarşılayıb.

ABŞ Maliyyə Nazirliyinin açıqlamasında qeyd edilir ki, Çin şirkətləri ölkənin şimal-qərb bölgəsində uyğurlara, müsəlman azlıqlara qarşı istismar və insan haqlarını pozması səbəbindən qara siyahıya salınıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq isə bunun “insan haqarı məsələsi” olmadığını bəyan edərək ittihamları Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Xatırladaq ki, dünən ABŞ Dövlət Departamenti uyğur türklərinə və milli azlıqlara qarşı zorakılıq etmək səbəbindən bəzi Çin məmurlarına viza sanksiyası tətbiq ediləcəyinə dair mövqe ifadə etmişdi.


Müəllif: Cavad