9 Oktyabr 2019 13:44
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən məşhur əsərlərindən olan “İl Tabarro” operası səhnəyə qoyulacaq.

Teleqraf.com xəvər verir ki, əsas rollarda əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlər Nina Makarova və Tələt Hüseynov çıxış edəcək.

Tamaşanın musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrokdur.

Qeyd edək ki, ilk təqdimatı 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera Teatrında reallaşan səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın quruluşunda səhnəyə qoyulub.


Müəllif: Dəniz Pənahova