9 Oktyabr 2019 14:30
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan erməni yazar Arlet Natali Avazyan xarici işlər naziri Mövlud Çavuşoğlu və ailəsinin şikayətindən sonra saxlanılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Avazyanın sosial şəbəkədə Çavuşoğlu və ailəsini təhqir etməsi olub.

Erməni yazar Tvitter hesabında xarici işlər naziri və ailəsinin fotosunu paylaşaraq bunları yazıb: “1988-ci il Mövlud Çavuşoğlu ailəsi. Nazir Çavuşoğlunun atasının ləqəbi “oğru kürd” Osmandır. Ərzurum-Xorasandan sürgün ediliblər”.


Müəllif: Mənsur Rəğbətoğlu