9 Oktyabr 2019 15:52
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə dövləti Fəratın şərq sahillərində mövqe tutan YPG/PYD terrorçu silahlı qruplaşmasına qarşı hərbi əməliyyatdan öncə kritik aktiv diplomatik təmaslar həyata keçirir.

Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefonla danışıb.

Telefon müzakirəsi zamanı əsasən Türkiyənin planlaşdığı hərbi əməliyyat müzakirə edilib.

Prezident Ərdoğanın sözçüsü İbrahim Qalın isə ABŞ-ın milli təhlükəsilik sözçüsü, səfir Robert Brienlə telefon əlaqəsi saxlayıb. Müzakirədə Suriya böhranı, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması və bu istiqamətdə bundan sonra atılacaq addımlar müzakirə edilib.

Hərbi əməliyyat öncəsi Suriya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Suriya rəsmi dövlət agentliyi XİN-ə istinadə edərək yayıb ki, Türkiyənin olacaq hücumunu dayandırmaq üçün bütün imkanlardan istifadə ediləcək.

Suriya xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya haqda suala cavabında deyib ki, bu bizim BMT-nin müvafiq prinsipləri, beynəlxalq hüquq qaynaqlanan haqqımızdır: “Xarici işlər naziri olaraq BMT və Suriya daxil olmaqla əlaqəli ölkələrə məlumat təqdim edəcəyik”.


Müəllif: Cavad