9 Oktyabr 2019 17:06
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Fərat çayının şərqinə yönəlik planlaşdırılan əməliyyatı ilə əlaqədar yeni açıqlama verib.

Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti bir çox qruplaşma arasındakı qarşıdurmaların yüz illərdir davam etdiyini xatırladıb.

O, özünün Tvitter hesabında qeyd edib ki, Türkiyə Suriyadakı İŞİD terrorçularının məsuliyyətini öz üzərinə götürməlidir: “ABŞ əsla Yaxın Şərqdə olmamalı idi. 50 əsgərimizi çıxardıq. Türkiyə Avropanın geri qaytarmaqdan imtina etdiyi İŞİD döyüşçülərini ələ keçirmək məcburiyyətindədir. Axmaq, sonsuz müharibələr bizim üçün sona çatır!”


Müəllif: Nərgiz