9 Oktyabr 2019 17:20
1 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri Suriya milli ordusu ilə buirlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Sülh bulağı” əməliyyatına başlayıb.

Teleqraf.com xəbər verir ki, dünyanın iki gündür gözlədiyi əməliyyatı Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan özünün Tvitter hesabında bəyan edib.

Prezident Ərdoğan əlavə edib ki, məqsəd Türkiyənin cənub sərhədlərində möhkəmlənməyə çalışan terror dəhlizini yox etmək və bölgəyə sülh və sabitlik gətirnməkdir.


Müəllif: Cavad