10 Oktyabr 2019 09:57
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyənin əməliyyatlara başlamasından sonra Suriyada həbsxanada saxlanılan 40 İŞİD komandanı bölgədən çıxarılıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzet həbsxanadan çıxarılan İŞİD-çilərin ABŞ-ın bölgədəki hərbi qüvvələrinin xüsusi nəzarətinə verildiyini bildirib. Nəzarətdə saxlanılan terrorçular arasında amerikalı və avropalı İŞİD-çilərdən cavabdehlik daşıyan “Bitls” adlandırılan iki militanın da olduğu vurğulanıb.

Alexanda Koti və Əl-Şəfi Əlşeyx adlı İŞİD militanlarının da İraqa aparıldığı deyilib.

Terrorçuların hansı məqsədlə həbsxanadan çıxarıldığı məlum olmasa da, ABŞ-ın bu addımı Suriyada hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı bir həmlə olduğu ehtimal edilir. Bu, İŞİD-in yenidən qurulması iddiasının yayılmasına yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu