10 Oktyabr 2019 10:20
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gecə saat 22:00-da türk ordusu Suriyada quru əməliyyatına başlayıb və əməliyyatlar planlaşdırıldığı kimi davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Mustafa Şəntop deyib.

Spikerin sözlərinə görə, Suriyada əməliyyatlara (“Sülh bulağı”) başlayan Türkiyənin əsas məqsədi bu ölkə ilə sərhədlərdəki “terror dəhlizi”ni yox etməkdir.

Mustafa Şəntop NATO Baş katibi Yens Stoltenberqin əməliyyatlara dəstək, Fransa və İngiltərənin isə etiraz bəyanatlarına da münasibət bildirib:

“NATO baş katibinin yaydığı açıqlama doğru qərar idi. Türkiyə müttəfiqlərini, xüsusən də NATO-dakı müttəfiqlərini yanında görmək istəyərdi. Hətta bu əməliyyatları NATO-nun iştirakı keçirilməsini arzu edirdi. Çünki bu, ittifaqa üzv dövlətlərin təhlükəsizliyindən məsuliyyət daşıyan bir alyansdır. Bu baxımdan, Türkiyənin təhlükəsizliyi NATO-nun təhlükəsizliyi deməkdir.

Müttəfiqlərimiz ABŞ-a terror hücumları olanda onun yanında yer almışdılar, Türkiyəyə hücumlarda isə bunu görmürük”.


Müəllif: Mənsur Rəğbətoğlu