10 Oktyabr 2019 13:28
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvan şəhərində kütləvi halda qızılca virusu yayılmağa bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik şəhərin Avan və Erebuni rayonlarda yoluxma hallaradının daha yüksək olduğunu açıqlayıb.

Səhiyyə Nazirliyi vətəndaşları kəskin yoluxucu xəstəliklərin qarşısını almaq üçün poliklinikalarla əlaqə saxlamağa və peyvənd olmağa çağırıb.

Məlumatda virusun Ukrayna və Gürcüstan gələn vətəndaşlardan yayıldığı istisna edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu