Uzun zamandır yağış yağmayan Vanda su problemi yaşanır.
Bölgəni su ilə təmin edən Zərnək anbarındakı su səviyyəsi son 30 ildə ən aşağı səviyyəyə enib. Suyun səviyyəsi anbarın qurulduğu 1985-ci ilindən bu günə qədər ilk dəfə bu həddə düşüb.
Gürpınar Sulama Birliyinin prezidenti Məhməd Avcı gələcək illər üçün çox narahat olduqlarını söyləyib. Gələn il də quraq keçsə bölgədəki suvarma işləri ilə məşğul olan insanlar kəndləri tərk edə bilərlər.