10 Oktyabr 2019 14:17
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada müxalifətçi döyüşçülərdən ibarət olan Suriya Milli Ordusu (SMO) Türkiyənibn başlatdığı “Sülh bulağı” əməliyyatı çərçivəsində Fərat çayının şərq sahillərindəki əraziyə daxil olub.

Teleqraf.com xəbər verir ki, Türk ordusunun YPG/PKK terrorçularına qarşı başladığı hərbi əmıliyyat davam edir.

İlk xəbərlərə görə, bu əməliyyatda türk ordusunu dəstəkləyən Suriya Milli Ordusu artıq Fərat çayının şərq hissələrindəki YPG-nin nəzarəti altındakı ərazilərə daxil olub.

Xatırladaq ki, Suriya Milli Ordusu (əvvəlki adı Azad Suriya Ordusu) bundan əvvəl türk ordusunun Suriya ərazilərində keçirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarında mühüm rol oynayıb.


Müəllif: Cavad