10 Oktyabr 2019 15:06
2 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başladığı Suriya ərazilərində məskunlaşmış ermənilər köçürüləcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin diaspora komitəsinin sədri Mxitar Ayrapetyan məlumat verib.

Ayrapetyan türk ordusunun ermənilərin məskunlaşdığı ərazilərdə hərbi əməliyyatlara başladığını bildirib:

“Vəziyyət barədə məlumat almaq üçün Ermənistanın Hələbdəki baş konsulu Armen Sərkisyanla əlaqə saxladım. İndi türklər 16 erməni ailəsinin yaşadığı Təl Abyad şəhərində əməliyyata başlayıb. Tezliklə bu şəhərdə ermənilərin təxliyəsi təşkil ediləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu