10 Oktyabr 2019 15:40
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri ittifaqın fövqəladə hallara və ya hərbi müdaxilələrə birgə cavab vermə mexanizmini müzakirə etməyə çalışacaq”.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi, general Valeri Semerikov deyib.

Semerikov xatırladıb ki, ittifaqa üzv ölkələr 2011-ci ildə fövqəladə hallara qarşı birgə cavab vermə qaydası haqqında sənəd qəbul edib:

“Bu sənədi bir neçə dəfə tətbiq etməyə çalışdıq. Ancaq hər şey gözlənildiyi kimi getmədi. Buna görə də, qarşılıqlı əlaqələrdəki problemlərin səbəblərini müəyyənləşdirmək və ətraflı müzakirə etmək çox vacibdir.

Artıq üç ildir ki, bu sənədə düzəliş edilməsinin zərurəti barədə söhbətlər gedir. KTMT-nin hərbi təhdidlərə birgə cavab vermə mexanizmi işlənilir. Mümkün fövqəladə hadisələrə cavab tədbirlərini də hazırlamaq lazımdır”.

Əlavə edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu