10 Oktyabr 2019 15:46
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kürdlər İkinci Dünya Müharibəsində bizə kömək etmədi”.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Suriyada kürd terror təşkilatlarına qarşı başladığı hərbi əməliyyatlara münasibət bildirən ABŞ Prezidenti Donald Tramp deyib.

Jurnalistlərin Suriya əməliyyatları ilə bağlı suallarına cavab verən Tramp bildirib: “Kürdlər indi öz torpaqları üçün döyüşür, bunu başa düşmək lazımdır. Bu gün yaxşı bir məqalə oxudum, məqalədə deyilir ki, kürdlər İkinci Dünya Müharibəsində bizə kömək etmədi, Normandiya əməliyyatlarında bizə yardım etmədilər.

Digər müharibələrdə də kürdlər bizə yardım etmədilər. Digər yandan, kürdlərə yardım etmək üçün böyük məbləğlər xərclədik, silah-sursat göndərdik. Amma buna baxmayaraq, kürdləri sevirik”.


Müəllif: Mənsur Rəğbətoğlu