10 Oktyabr 2019 16:28
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bloomborq” agentliyi ABŞ Prezidenti Donald Trampın Azərbaycan əsilli iş adamı Rza Zərrabın azadlığa buraxılması üçün 2017-ci ildə dövlət katibi Reks Tillersona təzyiq göstərdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, agentlik oval kabinetdəki mənbəyə istinadla Tillersonun Trampın təklifini rədd etdiyini yazıb.

Toplantı zamanı oval kabinetdəki şəxslərin bu təklifdən şoka düşdükləri qeyd olunub.

İddialara görə, iclasdan sonra sabiq dövlət katibi Ağ Ev aparatının rəhbəri Con Kelliyə də qeyri-qanuni olduğu üçün Trampın fikrinin əleyhinə olduğunu deyib.

Xatırladaq ki, biznesmen Rza Zərrab ABŞ-ın İrana qarşı sanksiyalarını pozduğu iddiası ilə 2016-cı ilin martında Miamidə həbs edilib. Türkiyəli müğənni Ebru Gündeşlə evli olan Zərrabın Alara adlı bir qızı var.


Müəllif: Leyla