10 Oktyabr 2019 18:40
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Fransadakı səfiri Suriyadakı hərbi əməliyyatla əlaqədar olaraq Fransa Xarici İşlər Nazirliyinə çağrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Frans Press” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-şərqində “Sülh çeşməsi” adlı hərbi əməliyyatın başladığını elan edib.

Region ölkələrindən İran Türkiyədən qoşunlarını Suriya Ərəb Respublikasından çıxarmağı tələb edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Moskva Ankaranın narahatlığını başa düşür, lakin bunlar Dəməşqin maraqları nəzərə alınmaqla tənzimlənməlidir.


Müəllif: Səxavət