10 Oktyabr 2019 18:55
2 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İsrailin Petax Tikva şəhərində “erməni soyqırımı qurbanları”nın xatirəsinə abidə ucaldılacaq”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan-İsrail Beynəlxalq İctimai Forumunun həmsədri Aleksandr Zinker İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq icazə alınıb, müvafiq plan hazırlanıb:

“Erməni soyqırımı qurbanlarına həsr olunmuş abidənin yaradılması və açılışı üçün vəsait toplamağa başladıq”.

O, abidənin Ermənistanda hazırlanacağını, daha sonra İsrailə daşınacağını da qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu