10 Oktyabr 2019 19:28
2 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriya əməliyyatlarına dair açıqlama verib.

Teleqeraf.com xəbər verir ki, Lavrov rəsmi Moskvanın Ankara və Dəməşq arasında dialoq prosesi başlatmağa cəhd edəcəyini açıqlayıb.

“Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı narahatlığını başa düşürük. Türkiyənin Suriyanın şimal-şərqində başladığı hərbi əməliyyatlar ABŞ-ın bu bölgədə atdığı addımların nəticəsidir”, - ölkənin baş diplomatı deyib.


Müəllif: Mənsur Rəğbətoğlu