11 Oktyabr 2019 00:08
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasında ABŞ və Rusiya Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatını dəstəkləyib.

ABŞ və Rusiya BMT TŞ-nin Türkiyəni qınayan bəyanatında veto qoyub. Belə ki, Fransa, Almaniya, İngiltərə, Polşa və Belçika "Sülh çeşməsi" (Barış Pınarı) əməliyyatı ilə bağlı təcili toplantı tələb edib. Keçirilən toplantıda isə verilən qərara yuxarıda adı sadalanan iki ölkə qarşı çıxıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Suriyanın şimal-şərqində terrorçulara qarşı əməliyyat keçirir.


Müəllif: Mənbə/Axar.az