13 Oktyabr 01:35
287

Dekabrın 22-də Özbəkistanda keçiriləcək parlament seçkilərində ölkədə fəaliyyət göstərən beş siyasi partiyanın hamısı iştirak edəcək.

Özbəkistan “Milli Dirçəliş” Demokratik, Xalq-Demokratik, Liberal-Demokratik, “Ədalət” Sosial-Demokrat partiyaları və Ekoloji Partiya seçkilərdə iştirakla bağlı sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bundan sonra beş gün ərzində partiyaların sənədləri yoxlanacaq və müvafiq qərar qəbul olunacaq.

Konstitusiyaya uyğun olaraq, seçkilərə qatılmaq üçün hər partiya 40 min seçici imzası toplamalıdır./azərtac/


Müəllif: Teleqraf.com