13 Oktyabr 2019 09:31
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, Türkiyə prezidenti “Sülh çeşməsi” əməliyyatının məqsədləri barədə Britaniya baş nazirinə məlumat verib.

Ərdoğan Suriyanın şimalındakı PKK-YPG təhdidinin tam aradan qaldırılmasına qədər əməliyyatların davam etdiriləcəyini, doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan suriyalıların könüllü və təhlükəsiz şəkildə geri qayıtmalarının təmin olunacağını vurğulayıb.


Müəllif: Teleqraf.com