13 Oktyabr 2019 10:29
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyadan keçən "Hagibis" qasırğasının qurbanlarının sayı 18 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin ictimai televiziyası bildirib.

Daha 13 nəfərin itkin düşdüyü və təxminən 150 nəfərin müxtəlif dərəcədə yaralandığı bildirilir.

Dünən axşam qasırğa Yaponiyanın mərkəzi Hönsü adasına çatıb. Küləyin sürəti saniyədə 45 metrə, bəzi hallarda 65 metrə çatıb. Paytaxt Tokioda küləyin sürətinin saniyədə 41,5 metrə çatdığı bildirilir.

Həmin vaxt Tokio daxil olmaqla 12 prefekturada leysan yağışlar təhlükəsi barədə xəbərdarlıq elan edilib. Paytaxtın 23 mərkəzi rayonu da daxil olmaqla ətraf rayonlarda ən yüksək təhlükə həddi elan edilib. Hazırda həmin xəbərdarlıq artıq ləğv olunub.

Baş nazir Şinzo Abe həlak olanların ailə üzvlərinə başsağlığı verib.


Müəllif: Teleqraf.com