13 Oktyabr 2019 11:01
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sülh çeşməsi" əməliyyatının 5-ci günündə ABŞ mediası Birləşmiş Ştatlardan olan rəsmi şəxsin Suriyadakı terrorçularla gizli görüş keçirdiyi barədə yazıb.

Teleqraf.com xəbər verir ki, "CNN International" ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisinin köməkçisi olan Viliam Roebukun PKK/YPG/PYD-li terrorçularla bir araya gəldiyini iddia edib.

Nəşrin yazdığına görə, terrorçular ABŞ nümayəndəsinə onları satdıqlarını deyib.

ABŞ-ı şantaj edən terrorçular yardım etməsələr, Türkiyəyə qarşı Rusiyadan kömək istəyəcəklərini bəyan edib.

Əsəd rejimi və Rusiya ilə razılıq əldə ediləcəyi bildirilib.


Müəllif: Teleqraf.com