13 Oktyabr 2019 11:17
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Ciansu vilayətinin Usi şəhərində qəlyanaltıxanada baş verən qaz partlayışı nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00 radələrində Sişan rayonunda baş verib.

Dərhal hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım briqadaları yaralıları xəstəxanalara çatdırıblar. Onlardan altısının həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətinin sabit olduğu bildirilir.

Yerli hakimiyyət orqanlarının rəhbər şəxsləri hadisə yerinə baş çəkiblər.


Müəllif: Teleqraf.com