13 Oktyabr 2019 12:49
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Mezar-ı Şerif şəhərində sünni din alimi Mevlevi Hayatuddin Sahibi silahlı hücuma məruz qalıb.

Teleqraf.com-un məlumatına görə, Belh vilayətinin polis idarəsindən verilən açıqlamada hücum nəticəsində Sahibi həyatını itirib, silahlı şəxsləri isə qaçmağa müvəffəq olub.

Hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunub.


Müəllif: Teleqraf.com