13 Oktyabr 2019 15:45
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın şimalında yerləşən Gilan vilayətində leysan yağışlarının yağması və çayların daşması nəticəsində bir neçə körpü dağılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Gilan vilayəti valiliyinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Rza Eslami məlumat yayıb.

Onun sözlərinə görə, bir körpünün dağılması nəticəsində iki nəfər çaya düşüb. Onlardan biri xilas olsa da, digəri itkin düşüb. Bir neçə körpü bağlanıb, quşçuluq ferması su altında qalıb.


Müəllif: Teleqraf.com