13 Oktyabr 2019 16:15
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə xüsusi əməliyyatları davam etdirir.

Teleqraf.com xəbər verir ki, Zahedan şəhərində keçirilən növbəti əməliyyat zamanı 2 ton 219 kiloqram narkotik maddə müsadirə edilib.

Şəhərin polis rəisi Məhəmməd Qəmbəri jurnalistlərə bildirib ki, bu gün səhər saatlarında Əfqanıstan-İran sərhədini keçən avtomobillərdə baxış olub. Nəticədə 1 ton 819 kiloqram tiryək, 313 kiloqram həşiş, 70 kiloqram metamfetamin və 16 kiloqram heroin aşkarlanaraq müsadirə olunub.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.


Müəllif: Teleqraf.com