13 Oktyabr 2019 17:47
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə, insanlara yardım göstərmək lazımdır. Hər şeydən əvvəl su altında qalmış evlərdəki insanları xilas etmək üçün maksimum çalışmaq lazımdır. İtkin düşənlər tapılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Yaponiya Baş Nazirinin iqamətgahında təbii fəlakətlə mübarizə ilə əlaqədar yaradılmış qərargahda keçirilən iclasda Şinzo Abe deyib.

Baş nazir bildirib ki, hazırda polis, yanğınsöndürmə bölmələrinin, Sahil Mühafizəsi Xidmətinin və özünümüdafiə qüvvələrinin 110 min əməkdaşı xilasetmə əməliyyatlarına cəlb olunub.

Xəbər verdiyimiz kimi, “Hagibis” tufanı zamanı leysan yağışlar nəticəsində çayların daşması böyük ərazini su altında qoyub. Son məlumatlara görə, azı 25 nəfər həlak olub, 15 nəfər itkin düşüb, 170 nəfər isə xəsarət alıb.


Müəllif: Teleqraf.com