14 Oktyabr 2019 00:26
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyənin antiterror əməliyyatı ilə əlaqədar özünün Suriyanın şimalındakı 1000 hərbi qulluqçusunun çıxarılmasına başlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə CBS telekanalına müsahibəsində ABŞ-ın müdafiə naziri Mark Esper bildirib.

Onun sözlərinə görə, ABŞ son günlər ərzində bilib ki, Türkiyə əvvəlcə planlaşdırıldığı ilə müqayisədə Suriyadakı əməliyyatın miqyasını həm cənuba, həm də qərbə doğru genişləndirmək niyyətindədir.

Mark Esper qeyd edib ki, bununla əlaqədar Suriyadakı Amerika qüvvələri "iki ordunun arasında sıxılmış" qalıb.

"Bu səbəbdən mən dünən gecə prezidentlə danışdım və o göstərişi verdi ki, biz əvvəlcədən Suriyanın şimalından qoşunların çıxarılmasına başlayaq", - deyə Pentaqon rəhbəri bildirib.

Mark Esperin sözlərinə görə, söhbət regionda qalan təxminən 1000 ABŞ hərbi qulluqçusundan gedir.


Müəllif: Mənbə/Report