14 Oktyabr 2019 01:15
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Japoniya bazar günü baş vermiş qasırğa 23 nəfərin həyatına son qoyub, 16 nəfər isə itkin düşüb.

Teleqraf.com xəbər verir ki, xilasetmə işləri aparmaq üçün bölgəyə on minlərlə əsgər göndərilib.

Daşqınlar Yaponiyanın mərkəzi və şərq bölgələrini iflic vəziyyətə salıb, yarım milyondan çox evi elektriksiz qoyub.

Tokionun Narita və Haneda hava limanlarında enişlərə məhdudiyyət tətbiq edilib. 800-dən artıq uçuş təxirə salınıb.

Ötən ay daha bir şiddətli qasırğa Tokionun şərqində 30 min evi dağıtmış, şoxsayda insanı işıqsız qoymuşdu.

Hazırkı hava şəraiti səbəbi ilə Namibiya və Kanada arasında Reqbi Dünya Kuboku oyunu təxirə salınıb.


Müəllif: Teleqraf.com