13 Oktyabr 2019 23:43
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalida Xalane hərbi bazasının raket atəşinə tutulması nəticəsində ən azı 7 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Garowe Online" yerli nəşriyyatı bildirib.

Məlumata əsasən, həmin hərbi baza Moqadişo hava limanın ərazisində yerləşir.

Atışma zamanı üç Afrika Birliyi əsgəri, üç inşaatçı və bir kəşfiyyatçı yaralanıb. Bütün yaralılar müalicə üçün Somalidəki Afrika Birliyi Sülhməramlı missiyasının (AMISOM) xəstəxanasına çatdırılıb.


Müəllif: Teleqraf.com