14 Oktyabr 2019 08:36
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın müxtəlif yerlərində bu il törədilmiş terror aktları nəticəsində 9 mindən artıq insan həlak olub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katib müavini Yuri Kokov deyib.

Y.Kokov bildirib: "2018-2019-cu illərdə 70-ə yaxın ölkədə 5 mindən artıq rezonans terror aktları baş verib. Bu terror aktları təxminən 30 min insana toxunub".

Katib müavini qeyd edib ki, bu il yalnız 2 min terror aktı nəticəsində 9 mindən artıq insan həlak olub, 11 mindən artıq insan isə xəsarət alıb.

Onun sözlərinə görə, terrorçuların əsas hədəfləri terrorçuluqla mübarizəyə ən çox töhfə verən ölkələrdir.


Müəllif: Mənbə/Trend