14 Oktyabr 2019 10:40
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Silahlı Qüvvələri və müttəfiq Suriya Milli Ordusunun (SMO) ortaq əməliyyatı qərbdə Ayn əl-Ərəb şəhərindən (Kobani) şərqdə Əl-Hasakiyə qədər uzanacaq. Suriyanın 30-32 kilometr dərinliyinədək təhlükəsizlik zonası qurulacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lider Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Hasake əyalətindəki Ras əl-Ayn şəhərinə nəzarəti ələ keçirdiyini təsdiqləyib:

“Hazırda Türkiyə Silahlı Qüvvələri Suriyanın sərhəddəki Ras əl-Ayndan qərbdə yerləşən Tel-Abyad şəhərini mühasirəyə alır. Ras əl-Ayn və Tel-Abyad arasındakı 120 kilometrlik zonanı diqqətdə saxlayırıq. Beləliklə, 480 kilometrlik terror dəhlizini ortadan böləcəyik.

Sonra bir tərəfdən Əl-Haseke, digər tərəfdən Ayn əl-Ərəb üzərində nəzarət quracağıq və əməliyyatı başa çatdıracağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu