14 Oktyabr 2019 10:48
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.

Teleqraf.com xəbər verir ki, o, “səfər” çərçivəsində Qarabağdakı separatçıların başçısı Bako Saakyanla görüşüb.

Görüşdən sonra Tonoyan Ermənistanın Qarabağdakı hərbi hissələrinə baş çəkib və təmas xəttindən Azərbaycan tərəfinin mövqelərini müşahidə edib.


Müəllif: Mənsur Rəğbətoğlu