14 Oktyabr 2019 12:10
2 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin “Soyuq müharibə”nin başlamayacağına ümid etdiyini, amma başlayacağı təqdirdə Rusiyanın buna hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri Səudiyyə Ərəbistanına səfərdən əvvəl rus və ərəb mediasına diqqətçəkən açıqlamalar verib.

“Dünyada yenidən “Soyuq müharibə” başlaya bilərimi” sualına cavab verən Putin deyib ki, yeni “Soyuq müharibə” və silahlanma yarışının başlanmasını arzu etmir:

“Ümid edirəm ki, başlamaz. Ancaq belə bir proses baş verərsə, Rusiya buna indidən hazırlıqlıdır. Bizim əlimizdə kiminsə əldə etməyi bacarmadığı yeni nəsil silahlar var. Başqa sözlə, bu cür hallar yaşanarsa, biz buna hazırıq”.

Rusiyanın silahlanma yarışına girməyəcəyini vurğulayan Putin əlavə edib ki, ölkələrin hərbi büdcələrinə baxmaq lazımdır: “ABŞ bu sahəyə ildə 700 milyard dollar xərcləyir. Onu Çin, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Yaponiya izləyir. Rusiyanın illik hərbi büdcəsi 48 milyard dollardır. Biz silahlanma yarışına girmək niyyətində deyilik. İnkişaf edən silah texnologiyası çox zaman pulla ölçülmür. Keyfiyyət və kəmiyyət önəmli məsələdir. Bizim bu mənada əskikliyimiz yoxdur”.

NATO haqqında danışan Vladimir Putin deyib ki, Şimali Atlantika İttifaqının Rusiya sərhədlərinə yaxınlaşması, Ruminiya və Polşada raketlər yerləşdirməsi həqiqətdir: “Bizdə haqlı şəkildə narahat oluruq. Rusiyanın strateji silahlarının üzərindən bizə yaxın gələ biləcəklərini düşünürlər. Ancaq Qərbdəki hərbi mütəxəssislər bu addımların nəticə verməyəcəyini deyirlər. NATO artıq əvvəlki hərbi ittifaq deyil. Daxilində ciddi proseslər müşahidə olunur”.


Müəllif: Cavad