14 Oktyabr 13:12
562

Fransa Prezidenti Emmanuel Makron Türkiyənin “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar təcili surətdə Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Teleqraf.com xəbər verir ki, Yelisey sarayı toplantı barədə açıqlama yayaraq, Suriyanın şimalında hərbi və mülki şəxslərin təhlükəsizliyinin təminatı üçün yaxın saatlarda tədbir görüləcəyini bəyan edib.

“Fransa Türkiyənin hücumlarına dərhal son qoyulması üçün diplomatik cəhdlərini artıracaq”, - deyə açıqlamada qeyd olunub.

Fransa Prezidenti Emmanuel Makron çıxışında “Sülh çeşməsi” əməliyyatının bölgədə dramatik humanitar fəsad yaradılması, İŞİD-in yenidən aktivləşməsi və Suriyanın şimal-şərqində sabitliyin təminatına risk yaratdığını deyib.


Müəllif: Nərgiz