14 Oktyabr 2019 13:42
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezidenti ilə birlikdə Türkiyəyə İrandan da güclü sanksiyalar tətbiq etmək üçün çalışırıq”.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Qraham Lindsey deyib.

Respublikaçı senator Türkiyənin Suriya əməliyyatları ilə bağlı açıqlama yayıb:

“Türkiyənin suriyalı kürdlərə hücuma görə hesab verəcəyi gün yaxınlaşır. Konqresdə prezidentlə birlikdə İran sanksiyalarından bu yana ən ciddi təsir yaradacaq sanksiyaların tətbiqi üçün çalışırıq.

Türkiyənin Suriyadakı pis macərasının qarşısı alınmasa, bölgədə vəziyyət ABŞ-ın əleyhinə dəyişəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu