14 Oktyabr 2019 16:12
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh çeşməsi” əməliyyatı çərçivəsində türk ordusu Tel Abyad qəsəbəsində YPG/PKK işğalından qurtararkən terror təşkilatının amansız planları da ifşa edilib.

Teleqraf.com xəbər verir ki, Tel Abyad qəsəbəsində YPG səngələrində mövqe tutan 24 terrorçu qaçaraq Türk Silahlı Qüvvələrinə (TSK) könüllü təslim olub.

Bu barədə türk mətbuatına informasiya verən kəşfiyyat mənbələri bildirib ki, YPG bundan əvvəl Rakka əməliyyatında əsir aldığı İŞİD döyüşçülərini silahlandıraraq Tel Abyada göndərib.

İŞİD silahlıları daha əvvəl YPG forması geyinən ABŞ hərbi mütəxəssisləri ilə görüşdüyünə dair video görüntülər də əldə edilib. TSK-yə könüllü təslim olan İŞİD döyüşçülərindən birinin əslində İŞİD-in “intihar təşkilatçısı” olduğunu etiraf edib.

YPG terrorçuları “Sülh çeşməsi” əməliyyatına qarşı yüzlərlə İŞİD əsirlərini silahlandıraraq türk ordusuna qarşı vuruşmağa göndərir.


Müəllif: Cavad