14 Oktyabr 2019 15:56
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Suriyada türk-rus hərbçilərinin üz-üzə gəlməsi ehtimalları haqqında mövqeyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərin sualına Kreml sözçüsü Dmitiri Peskov cavablandırıb.

“Sülh çeşməsi” əməliyyatı çərçivəsində Türkiyə və Rusiya əsgərlərinin üz-üzə gəlməsini gözləyib-gözləmədiyi haqda suala cavabında Peskov bildirib ki, belə bir ehtimal düşünmək belə istəmirlər:

“Suriya ordusunun Türkiyənin əməliyyat keçirdiyi bəzi ərazilərə daxil olduqdan sonra Suriyadakı türk və rus hərbçilər arasında silahlı qarşıdurmanın baş vermə təhlükəsi varmı” sualına Peskov: “Dediklərimə əlavə edəcəyim bir şey yoxdur. Barəsində söz açılan təhlükənin olmaması üçün əsgərlərimiz arasında əlaqə mövcuddur” ifadəsini işlədib.


Müəllif: Cavad