14 Oktyabr 2019 16:48
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri (TSK) tərəfindən Suriyaya tank və zirehli texnikanın etap olunması davam edir.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, xüsusi təhlükəsizlik tədbirləri altında Mardinin Nusaybin qəsəbəsindən keçən tanklar və hərbi personal Şanlıurfa ilə sərhəddə daşınır.

Suriya ilə sərhəddə dayanmadan hərbi texnikanın göndərilməsi deməyə əsas verir ki, TSK-nın Suriya əməliyyatı hələ davam edəcək.


Müəllif: Cavad