14 Oktyabr 2019 17:08
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın işğal edilmiş Krım bölgəsindəki separatçı rejimin başçısı Sergey Aksyonov erməni Anuşavan Ağacanyanı iqtisadiyyat naziri təyin edib.

Teleqraf.com xəbər verir ki, qərar bundan əvvəlki nazirin istefasından sonra verilib.

Anuşavan Ağacanyan 1991-ci ildə Ermənistanın Kirovakan şəhərində doğulub. 2012-ci ildə Ukraynanın Hüquq Akademiyasını bitirib. Uzun müddət Ukraynanın dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb.

Ukrayna vətəndaşıdır.


Müəllif: Mənsur Rəğbətoğlu